Şou-biznes

Rəmişin səhhəti ilə bağlı açıqlama

4 Fevral 2021 13:42
Baxış: 2 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə gitara ifaçısının xanımı Güllü Hüseynova "Xəzər Xəbər"ə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Xalq artistinin müalicəsi reanimasiya şöbəsində aparılır: "Xəstəxanaya aparılan zaman Rəmişin vəziyyəti çox ağır idi. Nə danışa, nə gözünü aça, nə də nəfəs ala bilirdi. Pis gündə idi.  Allaha şükür ki, indi səhhəti qaydasına düşüb".

G. Həsənova Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib: "Efir vasitəsilə Prezident İlham Əliyev, Birinci vitse-Prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmişin xəstəliyinin qarşısı alınır".

Qeyd edək ki, Rəmiş bir neçə gün əvvəl Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.