Şou-biznes

"İnstaqramda sənət adamlarını söyən elə müğənnilərdir"

19 Yanvar 2021 18:29
Baxış: 1 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə sənət adamlarına yazdıqları mənfi rəylərdən bəhs ediblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda Kazım Sübhanın "MTV özəl" proqramında danışıb. O bildirib ki, ifaçılara mənfi şərh yazan elə müğənnilərin özləridir:

"Çox vaxt status yazıram, sonra düşünrəm ki, anlamayacaqlar. Başlayıram silməyə. Sosial şəbəkədə oturanlar bekar insanlardır. Onların əksəriyyəti isə müğənnilərdir. Hərəsi əlinə bir telefon alır, bir neçə profil açırlar. Bir müğənnidən yazı olanda, başlayır on profildən fərqli sözlər yazır. Bunu edənlər öz içimizdəkilərdir. Üzümüzə deyə bilmədiklərini orada yazır, zəhərlərini tökürlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.