Şou-biznes

Tünzalə Şuşadan yeni görüntülər paylaşdı - VİDEO

24 Dekabr 2020 09:46
Baxış: 2 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Tünzalə Ağayeva işğaldan azad edilən Şuşa şəhərinə gedib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni-bəstəkar bir neçə həmkarı ilə birgə orada konsert proqramı ilə çıxış edib.

T. Ağayeva Cıdır düzü və Gövhər Ağa məscidindən görüntülər paylaşaraq Şuşa barədə fikirlərini izləyiciləri ilə bölüşüb:

"Arzuladığımız Cıdır düzü, igidlərimizin qalxdığı qayalar... Allah şəhidlərimizə rəhmət eləsin!  Cıdır düzü, səni görmək möhtəşəm və unudulmaz bir hissdir. Qovuşdurana sonsuz şükürlər olsun. Dünyanın ən ali səhnəsindəyəm. Əsgərin əlindən mənə verilən gül müqayisəsizdir. Qarabağ Azərbaycandır!

Nəhayət Gövhər Ağa məscidində oldum. Vətənim, şəhidlərimiz üçün dua oxudum. İnsana fantastik, möhtəşəm hiss yaşadır. Sözlə ifadə olunmur. Sevincdən doya bilmirik. Bəli, mən mədəniyyət, musiqi beşiyi olan Şuşadayam. Burada igid oğullarımızı görürük".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.