Şou-biznes

Gəlinindən Mətanətə: "Yaşadığı pis həyatı gəlininə arzulayan saxtakar"

15 Dekabr 2020 14:58
Baxış: 11 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Mətanət İsgəndərli ilə gəlini Canana arasında qalmaqal yaşanıb, oğlu Kərim həyat yoldaşından ayrılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Canana qayınanası ilə bağlı sərt sözlər paylaşıb. O, İsgəndərlini saxtakar adlandırıb:

"İllərimi saxtakar qadının yanında keçirtdim. Hansı ki, yalnız özünü düşünən, özü üçün yaşayan insanların saflığından istifadə edən, öz yaşadığı pis həyatı gəlininə arzulayan saxtakar qadının. Çox şükür ki, bu səbrimin qarşısında Allah mənə üç övlad bəxş edib.

Saxtakar ana adını daşıyan qadın, Allahın qarşısında axıtdığım hər göz yaşıma görə cavab verəcəksən. Zaman hər şeyin dərmanıdır".

Qeyd edək ki, Canana ilə M.İsgəndərli arasındakı qalmaqala yaşadıqları ev səbəb olub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.