Şou-biznes

“Atam vətəni qorumağa anamın məzarından başlayıb” - Aktyor Kənan Yusifov

17 Oktyabr 2020 18:05
Baxış: 10 537

Aktyor Kənan Yusifov şəhid atası komandir Elxan Bayandur oğlu Yusifov barədə sosial mediada paylaşım edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu zamana qədər sənətçi atasının şəhid olması barədə heç bir  məlumat paylaşmayıb. O, sosial mediada aşağıdakıları qeyd edib:

"Bu kişi mənim atamdır. Füzuli və Qarabağ uğrunda qəhrəmanlıqla döyüşüb, şəhid olan, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunan şəhid komandir Elxan Yusifov. İndiyə qədər bəzən paylaşmağa, bölüşməyə bir az çətinlik çəkmişəm. Həmişə fikirləşmişəm ki, bu yanlış anlaşılar ona, onun ruhuna hörmətsizlik eləmiş olaram. Ancaq bu gün uğrunda şəhid olduğu torpağın azad edildiyi xəbərini ona çatdırmağa gəldim və qərar  verdim ki, siz də bilməlisiz - mən bax belə bir kişinin övladıyam.

Mənim anamın da məzarı Füzulidə, kəndimiz Cuvarlıdadır. Atam elə vətəni qorumağa da anamın məzarından başlayıb. Anamın məzarı, anama olan sevgisi də atam üçün bir vətən olub. Sizə qəribə gələ bilər, amma içimdə elə bir hiss var ki, elə bil atamın məzarına gəlib sonra heç vaxt görmədiyim anamın məzarına getsəm, onları qovuşdurmuş olacam. Ruhun şad olsun komandir!"

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.