Nadir xərçəng olan artist üçün ağlayıb kömək istədi, Tolik cavabını verdi: "Brilyantlarını satsın"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nadir Qafarzadə başında onkoloji şiş tapılan qarmon ifaçısı, əməkdar artist Gülbahar Şükürlü üçün göz yaşı töküb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, müğənni "İnstagram" səhifəsində videomüraciət yerləşdirib. O, qarmon ifaçısının vəziyyətinin günü-gündən pisləşdiyini bildirib.
"Mən düşünürəm ki, bu xanıma kömək lazımdır. Mədəniyyət Nazirliyindən heç olmasa zəng edib maraqlansınlar, mənəvi kömək olsunlar. Maddi kömək də lazımdır".
İfaçı bildirib ki, sənət adamları çoxdandır işləyib, pul qazana bilmirlər. "Bu xanım da daha nəyi var idi yedi, içdi qurtardı. Düşünürəm ki, kömək lazımdır. Gülbahar xanım hər zaman sənəti ilə gündəmdə olub".
Kömək üçün aidiyyətli qurumlara müraciət edən N.Qafarzadə bildirib ki, pandemiya dövrü bir çox insanları xəstəliyə salıb. Ələlxüsus da sənət adamları ruhdan düşüb, əsəbləşiblər. "Çərçivədə olmağı bacarmadılar. Çünki hər zaman səhnədə olan, yaradıcı insanlar bu vəziyyəti çətin keçirirlər. Bunlar hamısı üst-üstə gəlib bu xanımı yataq xəstəsinə çevirdi. Amma düşünürəm ki, müalicə var. Kimsə onu üzərinə götürməlidir. Mən hər zaman onun yanındayam. Amma mən tək nə edə bilərəm ki... Özüm üçün heç nə istəməmişəm, xahiş etməmişəm, amma Gülbahar xanım üçün dövlətimizdən xahiş edirəm. Qoymayın daha bir sənət adamını itirək. Elə bir yaşı da yoxdur. Yaşamaq istəyir. Deyəcəklər, Nadir yenə kövrəldi. İçim yanır, sadəcə, çox çətindir".
Müğənninin bu müraciəti heç də birmənalı qarşılanmayıb. Tolik kimi tanınan prodüser Tarix Əliyev Nadir Qafarzadənin paylaşımına şərh yazaraq G.Şükürlünün müalicə üçün imkanının olduğunu deyib. "Səni həmişə dəstəkləmişəm, amma anlamadım, Gülbaharın pulu yoxdur? Bu qədər imkansız ailələr var. Onlar heç həkimə gedə bilmirlər. Şükür Allaha, Gülbaharın qızı, kürəkəni özünün qızıllarını, brilyantlarını satsın. Canından artıq deyil ki. Gülbahara hörmətim var. Allah tez zamanda şəfasını versin. Amma onun köməyə ehtiyacı yoxdur, maşa Allah tanışları da, özünün azdan-çoxdan imkanı da var. Vay kasıbın halına ki, evində 100 manatı yoxdur, uşağını həkimə aparsın".
Tolik qeyd edib ki, G.Şükürlü həyat yoldaşının ölümündən sonra çox fikir edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)





