"Hazırda qazanc yerim, sadəcə, "YouTube" üzərindəndir" - "O səs Türkiyə"nin azərbaycanlı yarımfinalçısı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az "O səs Türkiyə"nin yarımfinalisti, Naz Dej ləqəbli müğənni Nəzrin Məmmədova ilə müsahibəni təqdim edir:
- Seçdiyiniz ləqəb əcnəbi müğənni təəssüratı yaradır. Niyə məhz Naz Dej?
- Xeyr, azərbaycanlıyam, burada doğulmuşam, Azərbaycanda yaşayıram. Əsl ad soyadımın Nəzrin Məmmədova olmağını çox insan bilmir. Özümə insanların marağını çəkəcək bir ləqəb seçmişəm. "Dej" sözünün mənası fransız dilində yüksəkdə olmaq deməkdir.
- Bu sahəyə marağınız nə vaxtdan yaranmağa başlayıb?
- 6 yaşımdan professional olaraq musiqi ilə məşğul oluram. Əslində, musiqiyə başlama səbəbim anam sayəsində olub. O, 6 yaşım olanda məni fortepiano və vokal dərslərinə yazdırıb. Əvvəllər bu sahəni sevməsəm də, ancaq hazırda yaxşı ki, vaxtında bu işin təhsilini almışam deyirəm.
.jpg)
- Müğənniliyə başlamaq istədiyinizi deyəndə yaxınlarınızın reaksiyası necə olub?
- Əslində, bu mövzuda çox problem yaşamışam. Hətta indi belə mənim düşüncəmin dəyişməsini gözləyən qohumlarım var. Ancaq heç bir şey mənim istək və arzularımın önünü kəsə bilməz. Düzdü, hazırda nisbətən də olsa qəbullanıblar, amma bunu dəstək baxımından görməmişəm.
- İlk səhnə təcrübəniz nə vaxt olub? İndiyədək bu sahədə hansı işlər görmüsünüz?
- İlk səhnə təcrübəm 6 yaşında "Çiçəklərim" ansanblı ilə solo ifam nəticəsində olub. İlk təcrübəm də həmin yaşda qatıldığım "Dan Ulduzu" adlı yarışma sayəsində oldu. Bununla yanaşı, 3 il rəqs və 2 il muğam dərsləri almışam. 16 yaşında "Azərbaycanın Səsi", 22 yaşında isə "O Səs Türkiyə" müsabiqəsinə qatılıb, yarımfinala qədər yüksəlməyi bacarmışam.
.jpg)
- Dünya şöhrətli müğənnilərdən ən çox kimi bəyənirsiz?
- Pop janrı üzrə Beyonce, rok və caz janrı üzrə Şəbnəm Fərah.
- Evlisiz?
- Xeyr. Subayam.
.jpg)
- Bir gün çox sevdiyiniz şəxs müğənniliyin daşını atmağınızı istəsə, buna nə reaksiya verərdiniz?
- Əvvəla gələcəkdə düşüncəmin nə yerdə olacağını bilməsəm də, ancaq hal-hazırdakı düşüncəm, məni sevən şəxs mənim xoşbəxt olmağımı da özünə vacib bilməlidi deyə düşünürəm. İki seçim arasında qalsam, karyeramı seçərdim.
- Hazırda müğənnilər həm aparıcı, həm model, həm də aktrisalıqla da məşğul olurlar. Bu sahələrdə də özünüzü sınamağı düşünürsünüz?
- Hazırda gücümü musiqi işinə yönəltmişəm. Çünki bir əldə bir neçə qarpız tutmaq olmaz. Ancaq xəyallarımdan biri də dram janrlı filmdə çəkilməkdir. Gələcəkdə özümü bu sahədə sınamaq istəyərəm.
.jpg)
- "Youtube"da bir neçə klipiniz var, baxışları da kifayət qədərdir. Buradan gələn aylıq gəlirinizi bilmək olar?
- Rəqəm açıqlamaq düzgün olmaz. Ancaq bunu deyim ki, hazırda mənim qazanc yerim, sadəcə, "YouTube" üzərindəndir. Amma mənim "Youtube" kanalımda çoxluğu "cover video"ları təşkil edir. Bu da o deməkdir ki, mahnının müəllifi mənim "cover" etdiyim mahnıdan gələn gəliri özünə götürür. Bu hal insanı həvəsdən salır və bu səbəbdən də heç bir müğənni başqasının mahnısını oxumur. Eynən də mən bu barədə çox problem yaşadım. Əfsuslar olsun ki, bu sahədə dəstək olanlardan çox önünü kəsənlərin sayı daha çoxdu.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Barda olmamışam, stadiona getmişəm” - “Kəpəz”in baş məşqçisi
-
Medvedyev Paşinyan haqqında olmazın ifadələr işlətdi
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO
-
Ankarada yük maşını piyada keçidini aşırtdı - ANBAAN VİDEO
-
WUF 13-ə həsr olunan konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub - FOTO
-
"Birmənalı olaraq yerli futbolçunu seçərəm" - Yuri Vernidub
-
Milli Teatrda "Payız sonatası" hazırlanır - FOTO
-
Ayxan Abbasov "Şamaxı" ilə vidalaşdı
-
Ucarda ağır qəza - ölən var - FOTO
-
Türkiyədə zəlzələ oldu
-
"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri məlum oldu
-
Azərbaycanda milli parkların ərazisi genişləndirilir - Nazirdən açıqlama
-
Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB
-
Meşələrin mühafizəsində yeni dövr: Azərbaycanda süni intellekt və dronlar tətbiq ediləcək
-
Azərbaycanda tanınmış idmançı faciəvi şəkildə öldü - FOTO
-
Zeynəb Xanlarovadan Xalq artistinin təklifinə CAVAB
-
"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı
-
500 mindən çox şəxsi maraqlandıran yenilik
-
Asim Munir Pezeşkianla görüşdü
-
Emin Əmrullayev Tacikistanın təhsil və elm naziri ilə görüşüb - FOTO
-
Özgür Özel CHP parlament qrupunun sədri oldu
-
Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib - FOTO
-
Şahbaz Şərif Çində səfərdədir
-
Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü





