Şou-biznes

"Şəhidlərimizin qırxı çıxmamış doğum günü qeyd etmək mənə yaraşmaz"

12 Avqust 2020 18:34
Baxış: 3 088
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün tanınmış aktrisa Mehriban Xanlarovanın doğum günüdür.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktrisa bununla bağlı ''İnstagram'' hesabında paylaşım edərək doğum gününü qeyd etməyəcəyini bildirib.

''Bildiyiniz kimi, 12 avqust mənim doğum günümdür. Özəl günlərimdə hər zaman sizlərdən, ailəmdən, xalqımdan diqqət, qayğı və sevgi görmüşəm. Lakin bu il doğum günümü qeyd etməyəcəm. Səbəbi isə mənfur düşmənlərimiz tərəfindən yaşanan xoşagəlməz hadisələrdir. Şəhidlərimizin, generalımın qırxı çıxmamış, şəhid analarının gözü yaşlı ikən doğum günü qeyd etmək mənə yaraşmaz. Bu səbəbdən təbriklərinizi qəbul etməyəcəm. Göstərdiyiniz anlayış üçün ilk öncədən təşəkkürümü bildirirəm'',- deyə, o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.