Şou-biznes

"Bütün pullarımı geyimlərə xərcləmişəm" - Əməkdar artist

7 Avqust 2020 17:34
Baxış: 1 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bütün pullarımı paltarlara xərclədim".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "7 canlı" proqramında deyib. Sənətçi səhnə geyimlərindən bəhs edib:

"Zaman elə keçdi ki... O paltarların puluna nələr alardım. Bilmədən, bütün hər şeyimi geyimə verdim. Səhnə üçün yaşadım. Buna görə peşman da deyiləm. Çünki bu paltarları özüm dizayn etdim. Mənim əl işlərimdir".

Müğənni oğlunun evlənməməsindən gileylənib:

"Oğlum seçimi mənə buraxıb. Amma deyir ki, zahiri görünüşü mən deyən olsun. Fərid deyir ki, elə qız almalıyam gözüm ondan başqasın görməsin. Yalnız onun üçün yaşamalıyam, o da mənim üçün".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.