Şou-biznes

"Sevil-Sevinc kimi oxşarlığımız yoxdur"

3 Avqust 2020 16:11
Baxış: 1 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər zaman toya birlikdə dəvət edilmirik. Ayrı-ayrı çox dəvətlər olub. Onsuz birimiz də getsək, deyirlər, bacılar oxuyur. Düzdür, bizim Sevil-Sevinc kimi oxşarlığımız yoxdur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova "7 canlı" proqramında deyib. Müğənni toyda başına gələn hadisədən danışıb:

"Bir ailə var idi, Gülyaz (bacısı, Xalq artisti Gülyaz Məmmədova - red.) onların məclisini oxumuşdu. Bir dəfə yenə toya çağırdılar, işi var idi məni göndərdi. Toyda oxumadığım qalmadı, axırda dedilər, biz Gülyazı çox istəyirik.

Səhv toya getdiyimiz hal da olub. Ünvanı düz verməmişdilər, səhv getdik. Əlimizdən gələni etdik, 45 dəqiqə dayanmadan oxuduq. Ramiz Əzizbəyli orada aparıcı idi. Bir də telefona zəng gəldi ki, hardasız? Bildik ki, səhv gəlmişik. İndi həmin adam bizim qudamızdır. Onların qızını aldıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.