Şou-biznes

Ermənilər azərbaycanlı müğənnini döydülər: "Buzlu butulkanı başıma vurdular"

22 İyul 2020 11:01
Baxış: 16 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi ABŞ-da erməni yalanlarına qarşı növbəti etiraz aksiyası təşkil olunub. Los Ancelesdə yaşayan erməni daşnakları 21 iyul 2020-ci il tarixində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.

Milli.Az big.az-a istinadla xəbər verir ki, Amerikada yaşayan müğənni Səbinə Əsgərova İnstaqram hesabında askiya ilə bağlı paylaşım edib. O, aksiyadan video və fotolar paylaşaraq "Əlli nəfər biz, beş min onlar. Özləri kimi ikinci şərəfsiz millət yoxdur. Uşaqların telefonlarını da oğurladılar. Buzlu su olan butulkalar gətirmişdilər, başımıza atırdılar, əclaflar. Düzü, polis onlara bizi blokadaya almağa şərait yaratdı. Bəzilərinin üstündə silah da var idi. Düzdü, buzlu butulkanın biri başıma dəydi. Şükür ölüm, yaxud polisə düşən yoxdur" sözlərini yazıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.