Şou-biznes

Həyat yoldaşı: “Bəhramla hələ danışa bilməmişik”

9 İyul 2020 12:13
Baxış: 2 987

Bəhram Bağırzadənin vəziyyəti stabildir, hələ də reanimasiyadıdır.

Milli.Az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə deyib. Onun sözlərinə görə, B.Bağırzadə hazırda aparatlara qoşulu vəziyyətdədir.
"Xəstəxana çarpayısının arxası qaldırılıb otuzdurulur. Əvvəlki dövrlərlə müqayisədə vəziyyəti yaxşıdır. Onunla hələ danışa bilməmişik. Vəziyyəti barədə ancaq həkimlərdən məlumat alırıq".

Xatırladaq ki, Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Milli.Az

 
loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.