ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı stilist Anar Ağakişyev olub.
Milli.Az xəbər verir ki, stilist bəzən insanların üzlərinə qüsurları sərt şəkildə dediyini etiraf edib:
"O qədər çox olub ki, qüsurları insanların üzünə deyib ağlatmışam ki... Ümumiyyətlə yavaş-yavaş hazırlayıram və sonradan qəfil deyirəm. Necə gülə-gülə deyim ki, ay sənin bir qaşın aşağıdadır, bir qaşın yuxarıda. Sərt şəkildə deyilir ki, insan başa düşsün".
Milli.Az