“Qüsurları sərt şəkildə deyib ağlatdığım adamlar olub” - Anar - VİDEO - FOTO

17 İyun 2020 20:34

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı stilist Anar Ağakişyev olub.

Milli.Az xəbər verir ki, stilist bəzən insanların üzlərinə qüsurları sərt şəkildə dediyini etiraf edib: 

"O qədər çox olub ki, qüsurları insanların üzünə deyib ağlatmışam ki... Ümumiyyətlə yavaş-yavaş hazırlayıram və sonradan qəfil deyirəm. Necə gülə-gülə deyim ki, ay sənin bir qaşın aşağıdadır, bir qaşın yuxarıda. Sərt şəkildə deyilir ki, insan başa düşsün".

Milli.Az