Şou-biznes

Elza oğlu ilə küsülü imiş - Kürəkəninə görə

25 May 2020 17:40
0 Şərh     Baxış: 3 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan oğlu Ələkbərlə küsülüdür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda "Ay Zaur" proqramında məlumat verilib. Xəbəri təsdiqləyən müğənni incikliyə kürəkəni Elxanın səbəb olduğunu etiraf edib:

"Ailəvi soyuqluq yoxdur. Evlərinə gedib-gəlirəm. Kürəkənim Elxan geyimlərimin dizayneridir. Paltarlarımı o, qeyri-adi edir. Ələkbər də deyir ki, anamın sadə geyinməsini istəyirəm, sən isə onu daha da ekstravaqant edirsən. Ələkbər düz etmir, Elza Seyidcahan bu ailəni, uşağı, nəvələri sənətinin, iicinin ruzisi ilə dünyaya gətirdi. Qınından çıxdı, qınını bəyənmədi. Camaata nümunəyəm, mənə həsəd aparırlar. Aramızda 6-7 aydır soyuqluq var.

Övlad var ki, ana onun üçün saç ağardır. Oğul isə qayıdır ki, mənə nə etmisən?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.