Şou-biznes

Məleykə evinə çəkiliş üçün gələnləri spirtləyib sonra içəri buraxdı - VİDEO

20 May 2020 15:30
10 Şərh     Baxış: 4 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Ulduzlu yayım" proqramını evində qonaq edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa evinə gələn çəkiliş qrupunu əvvəlcə həyətdə saxlayıb. O, aparıcı Günay Firudinqızını və operatoru spirtlədikdən sonra evə buraxıb.

"Əvvəlcə spirtlənmək lazımdır. Karantin vaxtıdır, olmaz. Küçədən gəlirsiz, kameraya, başqa yerlərə əl vurursunuz. Qayda-qanuna mütləq əməl edilməlidir. Bu, özümüzə, yaxınlarımıza lazımdır. Yaxınlarımızı qorumalıyıq" deyə, əsədova bildirib.

Həmin görüntüləri Günay İnstaqram səhifəsində yayımlayaraq "Siz də gələn qonağı spirtləyirsiniz? Yoxsa evinizə gələn yoxdur? Karantin hamını bir-birinə həsrət qoydu" sözlərini yazıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.