Şou-biznes

"Yaxşı kişi uşağa görə arvad boşamaz" - Manaf Ağayev

15 May 2020 17:09
16 Şərh     Baxış: 4 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hər kişiyə yaxşı sevgi qismət olmur. Övladım olmasa, ömrüboyu övlada görə arvad boşamaram".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Bizimləsən" verilişində deyib. Övladı olmayan ailələrdən danışan ifaçı uşağa görə arvadından ayrılan kişiləri tənqid edib:

"On uşağım da olsa, arvad xoşuma gəlmirsə, onunu da yetim qoyub, onu boşayaram. Bir gün də yaşamaram. Əgər sevdiyim xanımdırsa, tək problem uşaqdırsa, olmaz. Çünki bunu Allah da götürməz. Övlad da lazımdır. Gül kimi ailələrini qoyub gedənlər var. Sevgi olan yerdə yaxşı kişi uşağa görə arvad boşamaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.