Şou-biznes

Roza Zərgərlidən Bərdədə yaşayan yoxsul ailəyə yardım

4 May 2020 16:04
0 Şərh     Baxış: 1 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Roza Zərgərli Müğənni Roza Zərgərli Bərdədə yaşayan bir ailəyə hədiyyə edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi həmkarı Nadir Qafarzadə ilə İnstaqramda canlı yayıma girib. Zərgərli Nadirin yardım üçün getdiyi yoxsul ailəyə soyuducu alıb.

"Əlimizdə milyonlar yoxdur. Gücümüz çatan nə varsa, bölüşməyi bacarırıq. Ailənin başqa nəyə ehtiyacı varsa, gücüm çatanı edəcəm. Uşağın isə gələn il məktəb üçün lazım olan bütün ləvazimatını göndərəcəm. Bunu savab qazanmaq üçün etmirik. Vətənimizi ailəmiz bilirik, ona görə yardım edirik. Yenə ora getsəniz, mənə də xəbər edin" deyə, Roza bildirib.  

Nadir daha sonra digər müğənnilərə səslənərək ailənin evini təmir etdirmək üçün yardım istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.