Bakıda məşhur klubun fəaliyyəti dayandırıldı - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.
Nazirliyin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ev 103 C ünvanında yerləşən "İcon-karaoke" klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olması barədə müvafiq sənədlər mövcud deyil;
- obyektin elektrik təsərrüfatına və elektrik qurğularına profilaktiki baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;
- obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;
- obyekt havadəyişmə ventilyasiya qurğusu ilə təmin olunmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;
- obyektdə layihədən kənar taxta materiallardan istifadə olunmaqla arakəsmə otaqlar quraşdırılıb;
- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, ev 103 C ünvanında yerləşən "İcon-karaoke" klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
XƏBƏR LENTİ
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)





