Mədəniyyət

Arif Babayev I Fəxri Xiyabanda dəfn olunub - YENİLƏNİB - FOTOlar

1 Avqust 2025 14:42
Baxış: 1 725
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

14:42

Xalq artisti Arif Babayev I Fəxri Xiyabanda dəfn olunub.

Milli.Az xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

Daha sonra cənazəni dənf etmək üçün Fəxri Xiyabana aparıblar.

Dəfn mərasimində dövlət və ictimai xadimlər, mədəniyyət və elmin tanınmış nümayəndələri, yaradıcı ziyalılar və gənclər iştirak ediblər.

11:24

Xalq artisti Arif Babayevlə vida mərasimi bu gün saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Bu barədə Milli.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xalq artisti 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İyulun 24-də isə Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.

Qeyd edək ki, Xalq artisti Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.

1960-cı illərdən peşəkar yaradıcılığa Bakı şəhərində başlayıb, əvvəl Azərbaycan Dövlət Filarmoniyasında, daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solo muğam ifaçısı kimi fəaliyyət göstərib. Muğam operalarında Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Aşıq Qərib və Camal kimi yaddaqalan obrazlar onun repertuarında öndədir. 1978‑ci ildə Əməkdar artist, 1989‑cu ildə isə Xalq artisti adına layiq görülüb, həmçinin "Şöhrət" (1998), "İstiqlal" (2008) və "Şərəf" (2018) ordenləri ilə təltif olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.