Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib - FOTO

1 Avqust 2025 10:25
Baxış: 1 184

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.