Ölkə

Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş - FOTO

1 Avqust 2025 11:04
Baxış: 1 327
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün səhər saatlarında Hacıqabulda baş vermiş ağır qəzada həyatını itirən şəxs polis əməkdaşı imiş.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı-Qazax magistralında yük avtomobili ilə toqquşan və daha sonra metal arakəsməyə çırpılan "Mercedes" markalı təcili tibbi yardım maşınında ölən şəxs polis baş serjantı Rəsul Qurbanlı olub.

Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı olan R. Qurbanlı operativ nəqliyyat vasitəsi ilə Füzulidən Bakıya, xüsusi təyinatlı tibb müəssisəsinə gətirilən xəstəni müşayiət edirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.