Bu ölkənin baş naziri qardaşı arvadına görə istefa verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Litvaniyanın Baş naziri Gintautas Paluckas, ailəsi ilə bağlı şirkətlər üzərindən aparılan korrupsiya istintaqı səbəbilə vəzifəsindən istefa verib. Məlum olub ki, qardaşının həyat yoldaşına məxsus bir şirkət, Avropa İttifaqı dəstəyi ilə Paluckasa məxsus başqa bir firmadan batareya sistemləri alıb.
Litvaniya Prezidenti Gitanas Nauseda, jurnalistlərə verdiyi açıqlamada, "Paluckas bu səhər mənə zəng etdi və istefa verdiyini bildirdi" - deyə açıqlayıb. Gintautas Paluckas məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib. Lakin məlumata görə, onun istefası ailəsinə məxsus şirkətlərdə aşkar edilən maliyyə pozuntuları və korrupsiya istintaqı ilə əlaqədardır.
Gintautas Paluckasın yalnız Baş nazirlikdən deyil, həm də Litva Sosial Demokrat Partiyasının sədri vəzifəsindən istefa verəcəyi bildirilib. Partiya rəhbərliyinə isə keçmiş İqtisadiyyat və İnnovasiya naziri Mindaugas Sinkeviciusun keçəcəyi gözlənilir.
Gintautas Paluckas ötən ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra yaradılan üç partiyalı koalisiya hökumətinin başçısı olaraq vəzifəyə başlamışdı. Onun istefası ilə birlikdə koalisiyanın dağılması və kabinetin də istefa verməsi gözlənilir.
Məlumata görə, Litvaniya Maliyyə Cinayətləri Araşdırma Xidməti bu gün səhər saatlarında Baş nazir Gintautas Paluckasın qardaşı Danas Paluckasın həyat yoldaşına məxsus "Dankora" adlı şirkətdə axtarış aparıb. Sözügedən şirkət, Avropa İttifaqının maliyyə dəstəyi ilə, Baş nazir Paluckasa məxsus şirkətdən batareya sistemləri almışdı.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





