İqtisadiyyat

Azərbaycanın dövlət borcunun yeni tərkibi açıqlanıb

1 Avqust 2025 10:11
Baxış: 1 057
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu ilin 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25.7 milyard manat və ya 2025-ci il üzrə 130.6 milyard manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,6 faizini təşkil edib.

Bu barədə Milli.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ümumi dövlət borcunun 8.5 milyard manatı (5.01 miolyard ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17.2 milyard manatı və ya 66,8 faizi daxili dövlət borcunun payına düşür.

"2025-ci il 01 iyul tarixinə Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə yuxarı hədd gözlənilmişdir. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16,4 faizini təşkil etmişdir", - məlumatda vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.