Şou-biznes

Nadir karantin qaydalarını pozub evdə məclis qurdu - VİDEO

4 May 2020 10:39
14 Şərh     Baxış: 8 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir sözü ilə şou gündəmini çalxalayan müğənni Nadir Qafarzadə həyat yoldaşı ilə birgə dəm-dəstgahlı məclis qurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçi həyat yoldaşı Sevinc xanımla 27-ci evlilik ildönümlərini qeyd ediblər.

Cütlük üzərində "27 il" yazılan tortu kəsərək xoşbəxt günlərinin sevincini doğmaları ilə bölüşüblər.

Bu anları Nadir "27 il bir yerdə" başlığı ilə sosial media hesabında paylaşıb.

Diqqət çəkən məqam isə N.Qafarzadənin karantin rejimi qaydalarını yaddan çıxararaq, əməl etməməsi olub. Belə ki, düzənlənən məclisdə evdə beşdən çox insanın kamerada görünməsi sosial məsafə anlayışını darmadağın edib.

Qeyd edək ki, N.Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün Loğman və Əziz adlı oğulları var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.