Şou-biznes

“Xalq artisti adı mənim üçün böyük mükafat olar”

28 Aprel 2020 16:04
2 Şərh     Baxış: 2 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

28 aprel Əməkdar artist Bəsti Sevdiyevanın doğum günüdür.

Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən xanəndə özəl günlə əlaqədar təəssüatlarını bölüşüb:

"Dünən Şimali Kiprdə yaşayan nəvəm Esilanur zəng etmişdi. Bu gün saat 21.00-da mənə virtual ad günü süfrəsi açacağını, mənim üçün şam üfürəcəyini böyük sevinclə dedi və bütün dostlarımı bu süfrəyə dəvət etdi. Yeni yaş yeni enerji, yaradıcılıqda yeni uğurlar, yeni arzular deməkdir. 45 illik sənət fəaliyyətimi muğam sənətinin inkişafına öz töhfəmi verməklə davam edəcəm".

"Yeni yaşdan nə gözləyirsiniz" sualını da cavablayan muğam ustadı "Xalq artisti" fəxri adının onun üçün böyük mükafat olacağını bildirib.

Xanəndə həmçinin tezliklə koronavirusun tamamilə yoxa çıxmasını arzulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.