Şou-biznes

“Ülvira “Kamerton”nun zayını çıxardı”

24 Aprel 2020 12:11
7 Şərh     Baxış: 3 730
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun illərdir Türkiyədə yaşayan keçmiş ANS TV-nin aparıcısı Gülnarə Məmmədova sosial media hesabında canlı yayıma qoşulub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bir zamanların məşhur proqramı "Kamerton" və indiki verilişlər barədə danışıb:

"Kamerton" hamının yaddaşında qalıb. Əslində, əyləncəli veriliş deyildi, maarifləndirici idi. İndi heç kim televiziya qarşısında oturub öyrənmək istəmir. Tamaşaçı elədir ki, nəyi göstərsən, ona öyrəşir. Hazırkı verilişlərin çoxunu bəyənmirəm. Demirəm ki, mən mükəmməl danışıram. Amma efirdə qəribə səslər çıxarmaq, "az" deyə müraciət etmək olmaz. Biz məhəllədə deyilik, "bəysiz", "xanımsız" danışmaq olmaz. Efir mədəniyyəti deyilən bir şey var. Onu çoxdan itirmişik. İndi tamaşaçılar da qəribə olub. Yaxşı ki, işdən zamanında çıxmışam".

"Ülvira Qarayeva "Kamerton"nun zayını çıxardı, sən yenidən qaldırdın" şərhinə isə "Hə, elədir. Mən də elə düşünürəm" deyə, aparıcı cavab verib.

Qeyd edək ki, Gülnarə 2015-ci ildə Özgün adlı bəylə ailə quraraq İstanbula köçüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.