Şou-biznes

"Ailələrə kömək etdiyini paylaşmaq reklamdır" - Nigar tənqid etdi

17 Aprel 2020 11:52
18 Şərh     Baxış: 2 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nigar Camal sosial şəbəkədə ünvanına yazılan iradlara cavab verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, izləyicilər sənətçinin paylaşımında onun insanlara yardım etməməsini qınayıblar. Nigar isə kömək edərkən onu çəkib paylaşanları tənqid edib:

"Niyə? Axı video çəkib paylaşmaq düzgün deyil. Bu, həm də həmin ailələrə qarşı yanlışdır. Bəlkə, problemləri olduğunu kiminsə bilməsini istəmirlər. Hansısa kanalın yardım kampaniyası olsaydı paylaşardım. Amma ailələrə kömək edərkən bunu sosial şəbəkədə paylaşmaq reklam kimi çıxır".

Qeyd edək ki, son günlər bir çox məşhur insanlara yardım edərkən, videolar çəkir və sosial şəbəkədə yayımlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.