Şou-biznes

Xalq artisti koronavirusdan necə qorunur? - ÖZÜ AÇIQLADI

23 Mart 2020 01:30
2 Şərh     Baxış: 8 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış xanəndə, xalq artisti Aygün Bayramova koronavirusdan qorunmağın yolları barədə danışıb.

Milli.Az xəbər verir ki, sənətkar "ölkə.az"-a açıqlamasında bildirib ki, virusdan qorunmaq üçün qaydalara ciddi şəkildə riayət edir:

"Çalışıram ki, vaxtımın çox hissəsini evdə keçirim. Qohumlarla, dostlarla görüşməməyə, daha çox telefonla ünsiyyət qurmağa üstünlük verirəm. Məncə, bu ərəfələrdə telefonla da danışsaq, yetər. Eyni zamanda əllərimi tez-tez və təlimatlara uyğun yuyuram. Düşünürəm ki, hər kəs bu qaydalara riayət etsə, dünyanın bəlasına çevrilmiş koronavirusdan canımızı qurtara bilərik. Allah xalqımızı qorusun".

Qeyd edək ki, dekabr ayında Çində yayılan sözügedən virusdan son günlərdə on mindən artıq insan həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.