Şou-biznes

Azərbaycanlı model "Victoria's Secret"in fotoqrafını görün nədə günahlandırır

8 Mart 2020 14:08
1 Şərh     Baxış: 2 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycandan olan model Ruslana Cavadova "Victoria's Secret" alt paltarları brendinin fotoqrafı Timur Emeki seksual təcavüzdə ittiham edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Ruslana "YouTube"dakı bloqunda çətin əmək fəaliyyəti dövründə rastlaşdığı ən kobud məşhurlardan danışmağa qərar verib. Onlardan biri də dünyaca məşhur modelləri lentə alan tanınmış fotoqrafdır. 

"Bir dəfə çoxdan o mənə yazmışdı. Onun işləri məni heyran eləmişdi. Sonra Timur mənə yazdı ki, tanınmayan modelləri ancaq lüt çəkirlər. O vaxt cəmi 17 yaşım vardı, ona görə də dərhal imtina elədim. Sonra təklif elədi ki, alt paltarında şəkillərimi çəksin. Yenə imtina etdim. Sonuncu təklifi isə oteldə onunla gecələmək oldu. Bu mənimçün şok idi, ona görə də ümumiyyətlə onunla ünsiyyəti qırdım", - Cavadova deyib.

Bloger deyib ki, fotoqrafın başqalarına qarşı da belə ədəbsiz təkliflər etdiyindən bu günlərdə xəbər tutub: 2019-cu ilin avqustunda bir çox modellər Emeki seksual təcavüzdə ittiham edərək onun işdən atılmasını istəmişdilər.

Ruslana Bakıda doğulub. Hələ məktəbdə oxuyan vaxtından moda və gözəllik sahəsinə maraq göstərib. 2016-cı ildə "L'Officiel Awards" jurnalının Fransa, Ukrayna və Azərbaycanda keçirdiyi eyniadlı illik mükafatlandırma mərasimində iki nominasiya - "Ən yaxşı model" və "Ən yaxşı fashion-bloger" - üzrə qalib olub.

Cavadova eyni zamanda zinət əşyalarının dizayneridir. Əvvəlcə İstanbulda oxuyub, sonra təhsilini Los Ancelesdə davam etdirməyə qərar verib. Amerikada da blogerlik edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.