Şou-biznes

"İnstaqramda kişiyə yazan qadın bütün pis sözlərə layiqdir" - Nadir

5 Mart 2020 19:49
1 Şərh     Baxış: 1 847
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həyat yoldaşım İnstaqrama girmir. Onun yoxdur. Sevincin İnstaqramı mənəm, Facebook-u bir oğlu. Digər övladı da başqa sosial şəbəkəsidir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Ulduzlu yayım" verilişində deyib. Sənətçi həyat yoldaşı Sevincin sosial şəbəkələrdən istifadə etmədiyini bildirib.

Nadir İnstaqram istifadə edən qızları təhqir etməyindən bəhs edib:

"Bunu hamıya aid etməmişdim. İnstaqrama girib, müğənniyə, başqa kişiyə nə gəldi yazan qadın bütün pis sözlərə layiqdir.

Dərd odur ki, təhqiri kişilər yazmır. Mən də məcburam onlara elə sözlər deməyə. Baxırsan ki, özü pis gündədir, camaata əxlaq dərsi keçir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.