Şou-biznes

"Muşkulat"ın Zaur Kamalla bağlı iddialarına cavab: "Planet parni iz Baku"nu seçdi...

3 Mart 2020 16:17
1 Şərh     Baxış: 3 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parodiyaçı Elnur Mahmudovun aparıcı Zaur Kamal və "Xəzər" TV-dən uzaqlaşdırılması iddiasına cavab gəlib.

"5/5" verilişinin layihə rəhbəri Rauf Sübhiyev axşam.az-a açıqlamasında məsələ ilə bağlı bunları deyib:

"Muşkulat obrazını hamı bilir ki, mən yaratmışam. Geyim, parodiyalar, efirdə gedən səhnələrin hamısı mənimdir. Elnur "Planet parni iz Baku" teatrından uzaqlaşdırılmışdı. Həmin ərəfədə bizimlə çalışdı. İndi onlarla barışdı və qayıtmalı oldu.

Bizim özümüzün isə xaricdə iki tədbirimiz var idi. Tədbirə az qalmış onlarla barışdı, bizim məşqlər qaldı. İşlərimiz alınmadı. Efirdəki səhnələri hazırlamağa gəlməsi bir yana, konsert işlərini yarımçıq qoydu. Biz ona gedib həmin teatrın məşqlərinə qatılmasına icazə verəcəkdik. Ya həmin teatra, ya da bizim konsertə getməli idi. O da "Planet parni iz Baku"nu seçdi, bizim xaricdəki konsertlərimiz də təxirə düşdü.

Verilişdəki səhnələrə qaldıqda isə... Bunu başqa biri ilə davam etdirmişəm. Nə etməli idim? Yaratdığım obrazı davam etdirməliyəm. Kim Muşkulat paltarını geyinsə, olacaq o...".

R.Sübhiyev Elnurun məcbur ərizə yazması iddiasına isə "Məcbur ərizə olar? O tərəfə gedirsə, bizim burada işimiz qalır. Bu adam iki yerə bölünə bilməz axı, birini etməlidir" cavabını verib.

Qeyd edək ki, parodiyaçı aparıcı Zaur Kamalın onu işdən çıxmağa məcbur etdiyini söyləyib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.