Azərbaycanda tanınmış şəxs "QADIN MANYAKI" ÇIXDI - Görün nələr edirmiş - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aparıcı Zümrüd Bədəlova "Hər şey daxil"də onu qarabaqara izləyən şəxs barədə danışıb.
Milli.Az xəbər verir ki, xanım aparıcı həmin şəxsin ölkədə yetəri qədər tanınmış adam olduğunu qeyd edib.
Zümrüd onu narahat edən şəxslə hər gün qarşılaşdığını bildirib:
"Məni bir nəfər çox narahat edirdi. Bu insanın İnstaqramda 12 fərqli-fərqli profilləri var idi. Mən bu insanı şikayət elədim. Heç kim bilməsin ki, onları tapmaq qeyri-mümkündür. Yaxşı da münkündür, çox şükür. Müasir dövrdə yaşayırıq. O adamı tapdırtdım. Sadəcə olaraq o profillərin sahibi bu gün Azərbaycanda tanınmış bir adamdır. Adı məndə gizli qalsın. O adam bilsin ki, onun kimliyini bilirik. Artıq özünə də bir-iki dəfə xəbərdarlıq da gedib. O adamı tanıyıram e, hər gün bu insan salam verir mənə. İstəmirəm onu cəzalandıram".

Vəkil Gülnar Nəzərli adı gizli saxlanılan şəxsin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırıla biləcəyini deyib.
Qeyd edək ki, Məcəllənin 147-ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma ittihamı ilə yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 148-ə görə isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma ittihamı ilə üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya on altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təhməz Təkin
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi





