Nadirən qara geyinirəm, həmişə işıqlı rənglər seçirdim. O vaxtı güpürlü papaqlar taxırdım. Bunu ilk mən etmişəm. Gözlərim əməliyyat olunmuşdu, ona görə taxırdım. Sonra gördüm ki, hamı bu imici götürüb.
Milli.Az axşam.az-a istinadən bildirir ki,bu sözləri "ATV maqazin onlarla" proqramında Əməkdar artist Mətanət İsgəndərli deyib.
Sənətçi onu təkrarlayanların olduğunu desə də, ad çəkməkdən boyun qaçırıb:
"Çox zaman böyük sənətçilər ad çəkirlər. Allah haqqı gərək onların adını çəkməyəsən. Onlar onu gözləyirlər ki, adlarını çəkəsən. Sözü at, özləri bilir kimdir. Adlarını çəkməyim onlar üçün şərəf olar".
Milli.Az