Şou-biznes

“Özümlə maraqlanıb dedilər ki...” - Vəfa Zeynalova

5 Fevral 2020 19:04
7 Şərh     Baxış: 5 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Vəfa Zeynalova AzTV-də yayımlanan "Gün başladı" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, güclü qadınlarla bağlı müzakirənin getdiyi verilişdə V.Zeynalova aktrisalıqla bağlı verdiyi imtahandan söz açıb. O söyləyib ki, qabiliyyət imtahanına gələndə yaxşı hazırlaşmayıb:

"Heç nə bilmirdim. İmtahana alayarımçıq hazırlaşmışdım. Şəfiqə xanım (Xalq artisti Şəfiqə Məmmədova - red.) ancaq özümlə maraqlandı. Dedi ki, gedə bilərsən. Mən də əsirdim ki, heç nə bilmirəm. Çıxdım çölə. Uşaqlar başıma toplaşdı ki, nəticəsi necə oldu? Qəbul olundun? Qayıtdım. Dedilər ki, nə istəyirsən? Axı qəbul olunub-olunmadığım bilmədim deyə cavab verdim. Hamısı güldü, dedilər ki, qəbul olunmusan".

Bu zaman verilişdə qonaq olan digər Əməkdar artist Sevda Ələkbərzadənin "Şəfiqə xanım deyəndə ki, bu qız çox gözəldir, bildim ki, Vəfa Musiqili Komediya Teatrına daxil olub" sözlərinə V.Zeynalova "Gözəllik deməzdim, onlar peşəkar idilər, yəqin ki, danışığımdan hər şeyi hiss etdilər" deyə, cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.