Şou-biznes

“Konsertimdən 5 manat qazandım” - Miri Yusif

3 Fevral 2020 20:09
8 Şərh     Baxış: 3 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Miri Yusif 2 fevral Gənclər günündə fanatları ilə görüş keçirib.

Tədbir zamanı sənətçi pərəstişkarları üçün musiqi qrupu ilə canlı ifalar səsləndirib. Onlarla ünsiyyətdə olub.

Milli.Az xəbər verir ki, M.Yusif axşam.az-a açıqlamasında mediadan uzaq gəzməsinə və verilişlərə az çıxmasına aydınlıq gətirib:

"Müxtəlif verilişlər var ki, ora qatılıram. Hər zaman da gələcəm. Mediadan qaçmıram. Ürəyimin qapıları onlara açıqdır. Elə verilişlər çəksinlər ki, hamı gəlib sənətini göstərsin. Dəxlisiz söhbətlər olmasın, özgənin cibi sayılmasın ki, gələk".

O, "İlk konsertinizdən gəliriniz nə qədər olub" sualına isə belə cavab verib:

"İlk konsertim klubların birində idi. Onda məni demək olar ki, heç kim tanımırdı. Siz fanatlarım da yox idiniz. Zal 180 nəfər üçün nəzərdə tutulmuşdu. Qorxurdum ki, konsertimə heç kim gəlməyəcək. Gecənin sonunda konsertdən qazandığım pul 5 manat oldu. Ona da 3 qutu siqaret alıb, dostlarımla bölüşdüm".

Qeyd edək ki, gecənin aparıcısı DJ Fateh olub. O da öz növbəsində Miri Yusifin mayda keçirilməsi planlaşdırılan "Crystall Hall" konserti barədə müğənniyə suallar ünvanlayıb.

Tədbir zamanı sənətçi "Ruh əkizləri" adlandırdığı fanatlarına həsr etdiyi klipi də təqdim edib. İki saata yaxın davam edən gecənin sonunda Miri Yusif onlarla fanatı ilə şəkil çəkdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.