Şou-biznes

Nüşabə Ələsgərli qudasını yoldan çıxaran kişini efirdə biabır etdi: "Əxlaqsızın yekəsi sənsən"

10 Yanvar 2020 13:15
7 Şərh     Baxış: 5 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ATV-də yayımlanan "Bizimləsən" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti Nüşabə Ələsgərli sərt çıxış edib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, verilişdə qonaq olan xanım müğənni qoşulub qaçdığı deyilən qudalarla bağlı fikirlərini bildirib. 

Rizvan Əliyevin qudasının əxlaqsız olduğunu sübut etmək üçün ona mesajlar yazdığını deyib. Bu sözlər Nüşabə Ələsgərlini özündən çıxarıb:

"Qudanın əxlaqını sübut etmək sənə qalıb? Qoy getsin başqası sübut etsin. Əxlaqsızın yekəsi sənsən. Sübut etdin ki, xəyanətkar ərsən, qohumuna pis gözlə baxan əxlaqsızsan". 

Qeyd edək ki, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə münasibət qurmağa çalışıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.