Şou-biznes

"Stresdən əllərimə ləkə düşüb" - Zöhrə Abdullayeva

30 Dekabr 2019 17:29
1 Şərh     Baxış: 3 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Məni həyata qaytardın. Həyatdan artıq getmişdim, yox idim. Könül Xasıyeva isə musiqiyə qaytardı məni. Konsertinə dəvət edib, zorla səhnəyə çıxardı. 30 faiz özümə gəldim".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "Bizimləsən" verilişində deyib. Oğlunu itirən müğənni uzun fasilədən sonra səhnəyə qayıtmasından danışıb. İfaçı aparıcı Zaur Baxşəliyevin ona dəstək olduğunu deyib.

Abdullayeva bildirib ki, stresdən xəstəlik tapıb: 

"Hiss edirəm ki, mənə oğlumu əvəz etmək istəyirsən. Az qalmışdım ölüm. Sərhəddin o tayında mənə dedilər ki, ürəyində problem var. Dedim, gedim, vətənimdə ölüm.

Stresdən əlimə ləkə düşüb. Həkim deyir depressiyadan çıxa bilmirsən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.