Şou-biznes

Aybəniz Haşımova kürəkəninin FOTOsunu paylaşdı

24 Dekabr 2019 11:34
17 Şərh     Baxış: 14 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyevanın nişanından görüntülər paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, şəkildə müğənninin qızı ilə yanaşı kürəkəni, bacısı Şahnaz Haşımova və qayınanası yer alıb.

Aybəniz paylaşımına bunları qeyd edib:

"Allah hamının balasını xoşbəxt eləsin. Amma yaman həyəcanlı məsələ imiş evlilik. Özü də söhbət övladdan gedirsə... O gündən yuxum qaçıb, xəbəriniz var? Allah başınıza gətirsin. Allah heç kimin övladını atdığı addımdan peşman etməsin, biz də içində. O gündən telefon susmur. Bütün dostlarım sevinir. Zəng vurub, Aybəniz sənin yanındayıq deyirlər. Nə qədər gözəldir dostların sənin üçün bu qədər sevinməsi".

Qeyd edək ki, Aynişan idman müəllimi Kənanla nişanlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.