Şou-biznes

“Pərviz çox söyüş söydü” - “Kəllə Kəlləyə”də dava

16 Dekabr 2019 19:14
2 Şərh     Baxış: 3 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı reperlər üçün döyüş səhnəsi olan "Kəllə Kəlləyə"də bu dəfə Pasterlə Tibu KM qarşılaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Elektra Events Hall"da baş tutan böyük dueldə izdiham yaşanıb. 

Dəfələrlə yarışlarda çempion olan Pasterin qalib gələcəyi proqnozlaşdırılsa da, beş münsif üzvünün səsinə əsasən, Tibu 3:2 hesabla qalib olub. Həlledici səsi jüri olan keçmiş repçi Fərid Dadaşov (MC Daddy) verib. 

O, səhnəyə çıxaraq Tibunun ifasının zövqünə yaxın olduğunu vurğulayıb: 

"Ad günümdə lazım olmayan bir ana düşmüşəm. Hər iki repçi bombadır, istedaddır. Uşaqlar, söhbət sırf mənim zövqümdən gedəcək. Kimsə yaxşı və ya pis deyil. Hər ikisinə uğurlar. Səsimi Tibuya verirəm".

Həmin anda Pasterin tərəfdarları jüri heyətinə etiraz edib və klubu tərk etməyəcəyini qeyd ediblər. Daha sonra fanatlar arasında dava da olub. Etirazlar bir müddət davam etsə də, qərarda heç bir dəyişiklik olmayıb.

Pasterin məğlubiyyəti sosial şəbəkələr də müzakirələrə səbəb olub. Əksər istifadəçilər münsiflərin haqsız qərar çıxardığını iddia edib.

Tibu isə sosial şəbəkədə status yazaraq 5 münsifin peşəkar repçi olduğunu qeyd edib:

"Eşit uşaq, sən artıq deyilsən döyüşdə şah! 5 münsif köhnə repçilərdir.  Yəni müsif məsələsi bağlandı. Bu döyüşdə repə rep oldu.  Amma Pərviz (Paster) çox söyüş söydü! Yəni həyatda necə, meydanda elə hörmət olmalıdır. Mənimlə olan hər kəsə təşəkkür. Biz tarix yazdıq".

Bundan əlavə, sözügedən qarşılaşma üçün Pasterin təşkilatçılardan 10 min manat tələb etdiyi də iddia olunub.  Tibu instaqramda bu məsələyə toxunaraq "bundan sonra mənimlə döyüş 20 mindir",- şərhini yazıb.

Qeyd edək ki, münsiflər Fərid Dadaşov, Dost Nəğd Pul (DNP), Togga, Aydın MİM və İdris Cəfərov olub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.