Şou-biznes

“Sən adam göndərirsən, çaşma” - Xalq artististinin bacısından Elzaya SƏRT MESAJ - VİDEO - FOTO

7 Dekabr 2018 14:50
20 Şərh     Baxış: 12 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Səhər-Səhər" verilişininin növbəti qonağı xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva olub.

Milli.Az bildirir ki, Zeynəb Dostəliyeva Elza Seyidcahanın ünvanına sərt mesajlar göndərib: 

"Onu demək istəyirəm ki, Elza, çaşma. Sən biz bacılara çaşma. Kimə nə atırsansa, bax gör, kimə atırsan. Sən onu bil ki, Nazpəri xanım öz etikasını, mədəniyyətini orada qoruyub durdu. Düzdür, sən adamlar göndərirsən, çatdırırsan ki, qorxursan, onunla danışmaq istəyirsən, amma razılıq olmadı. Səninlə o söhbət bağlandı. Sən İlhamə xanımın yolunu gedə bilməzsən. İlhamə xanım kimə nə deyirdisə, bilib deyirdi. Sən gör kimə ilişirsən. Olmaz, Elza! Sən bax gör, kimin şəklini cırırsan, kimə sataşırsan".

Qeyd edək ki, proqramların birində xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanmışdı. Əməkdar artist yarışmada tələbələrinin adını çəkməyən Nazpəri Dostəliyevaya sərt reaksiya vermişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Sən adam göndərirsən, çaşma" - Xalq artististinin bacısından Elzaya SƏRT MESAJ

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.