Şou-biznes

"Azəri Top Model"də iştirakçılar istedadlarını nümayiş etdirdilər - FOTOSESSİYA

6 Sentyabr 2011 16:06
0 Şərh     Baxış: 2 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dünən 10 model xanımın iştirakı ilə "Azəri Top Model" müsabiqəsi keçirildi. Milli.Az xəbər portalının məlumatına görə, layihənin ideya müəllifi, əməkdar artist Firdovsi Atakişiyevin aparıcılığı ilə gerçəkləşən müsabiqədə ilk əvvəl 10 model xanım podiuma təşrif buyuraraq, dünya şöhrətli modelyerlərin geyim kolleksiyalarını nümayiş etdirdilər. DJ Çinanın müşayiəti ilə podiuma bir-bir çıxan model xanımlar onlar üçün ayrılan yerdə durdular.

Model xanımların yaz-yay kolleksiya geyimlərini "Debenhams" mağazası təqdim etmişdi.

Daha sonra aparıcı müsabiqə iştirakçılarının SMS nömrələrini açıqlayaraq, tamaşaçıları ən yaxşı modeli seçməyə səslədi.

Bundan başqa, F.Atakişiyev münsiflər heyətini təqdim etdi. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, "Pasaj" jurnalının baş redaktoru Nərminə Ağası, stilist Syama, model Züleyxa Akçurina, geyim üzrə stilist Aynur Əliyeva münsiflər heyətini təmsil edirdilər.

Verilişdə qonaq qismində İtaliyanın Azərbaycandakı keçmiş səfiri Marqarita Kosta iştirak edirdi. Qonaq, ölkəmizdə səfir olduğu vaxtlar Azərbaycanın təbiətinə, ləziz təamlarına vurulduğunu dedi. Xanım Kosta müsabiqəni çox bəyəndiyini, model xanımların ecazkar görünüşlərinə heyran olduğunu da çıxışında qeyd etdi.

Onu da qeyd edək ki, budəfəki veriliş maraqlı məqamları ilə əvvəlki verilişlərdən seçilirdi. Belə ki, veriliş model xanımların istedadlarının nümayişinə həsr olunmuşdu. Bir-bir səhnəyə dəvət olunan model xanımlar Diana Eyyubova, Aleksandra Şevçenko  çəkdikləri rəsm əsərləri ilə, Olqa Arsentyeva, Yuliya Klimova, Ləman Əlizadə, Çinarə Əliyeva, Nərminə Ramazanova rəqsləri ilə, Oksana Rizayeva mahnı ifası ilə və Elvira Rüstəmova isə şeir söyləməsi ilə istedadlarını nümayiş etdirdilər.

Xatırladaq ki, budəfəki verilişdə model iştirakçılar podiumdakı jestləri də diqqəti cəlb edən məqamlardan idi. Bundan başqa, aparıcı Firdovsi Atakişiyevin DJ Çina ilə və iştirakçılarla zarafatlaşıb, rəqs etməsi, reklam fasiləsində DJ Çinanın model xanımlarla qeyri-adi şəkillər çəkdirməsi də nəzərdən yayınmırdı.

Müsabiqənin sonunda həftə boyu model xanımların fotoqraf Anfisa Bessonova tərəfindən hazırlanan fotosessiyası təqdim olundu. Fotosessiyalar iştirakçıların "Femina" mağazasından xəz dəri geyimlərinin təqdimatı əsasında hazırlanmışdı.

Münsiflər heyəti təqdim olunan fotosessiyaların nəticəsində Aleksandra Şevçenkonu qalib seçdi.

Daha sonra aparıcı SMS nəticələrini açıqladı. Belə ki, həftənin birincisi iştirakçı model Əlizadə Ləman, ikincisi Arsentyeva Olqa və üçüncüsü Rüstəmova Elvira oldu. Budəfəki verilişdə də yenə də müsabiqəni heç kim tərk etmədi. Səbəb isə iştirakçıların eyni səs faizini toplaması oldu. Amma aparıcı müsabiqəni tərk etməyən iştirakçılar haqqında növbəti verilişdə müzakirə aparacağını dedi.

Xatırladaq ki, qonaqlara və modellərə modelyer Fəxriyyə Xələfovanın "Nuray" qadın ətri hədiyyə olunurdu. Hədiyyəni qonaqlara şəxsən Züleyxa Akçurina təqdim edirdi.

Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22.30-da "Lider" televiziyasında keçiriləcək. Hər həftənin cümə axşamı və cümə günü 20 dəqiqəlik gündəliklər olacaq ki, bu da televiziya vasitəsilə yayımlanacaq. Gündəliklərin aparıcısı peşəkar model İlqar Əliyev olacaq. Gündəliklərin çəkilişi müxtəlif məkanlarda, müxtəlif geyimlərdə aparılaraq, modellərin fotosessiyaları, rəngarəng görüntüləri nümayiş olunacaq.

Layihənin baş sponsoru "Nissan - Azərbaycan" şirkəti, informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.

"Azəri Top Model"lərin SMS seçiminə görə, həftəlik siyahısı:

Əlizadə Ləman
Arsentyeva Olqa
Rüstəmova Elvira
Eyyubova Diana
Əliyeva Çinarə
Şevçenko Aleksandra
Ramazanova Nərminə
Rizayeva Oksana
Klimova Yuliya
Cəfərova Maya

Fuad Mədətov
Milli.Az








































































































































































































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.