Şou-biznes

Gitaraçı Rəhman Məmmədli: "Bu sənət məni xeyli aldatdı"

1 İyun 2017 21:39
1 Şərh     Baxış: 3 002
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gitara ifaçısı Rəhman Məmmədlioğlu Tural Məmmədli ilə birgə verdiyi konsertdən danışıb: "İlk dəfə mənim konsertimdə gitaraya bu qədər hörmət qoyulmuşdu. Düşünürəm ki, bu konsert tək Azərbaycan üçün olmadı. Bəhrəsini artıq görürəm. Amerikanın 3 ştatında konsert vermək təklifi aldıq. İlk dəfə mənim konsertimdə gitaranı xeyli musiqiçi idarə edirdi. İnsanların psixologiyasında gitaradan toy, kafe iyi gəlir. Bu qoxunu gitaranın üstündən götürmək üçün oğlum konsertimdə xeyli əziyyət çəkdi. Konsertimin əvvəlində səs rejissorunun qeyri-peşəkarlığı oldu. Bu da mənə dərs oldu ki, gələcəkdə ucuz iş görməyim. Yəni ucuz ətin şorbası olmur".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, R.Məmmədli oğlu T.Məmmədlinin bəstəkarlıq etməsinə çətinliklə razılıq verdiyini söylədi: "Hər zaman məndən soruşurdular ki, "oğlunuzun musiqiçi olmasını istərdinizmi?". Qətiyyətlə "yox" deyirdim. Çünki bu sənətin əziyyətini özüm görmüşəm. Oğluma demişdim ki, məmləkətdə 10 nəfər arasında 1 nəfər sən istedadlısansa, razı olaram. Qismət belə gətirdi ki, tanrı oğluma istedad da verdi. Onun beynəlxalq uğurlarından sizlərin də xəbəri var. Bu gün Turalla qürur duyuram. Bundan başqa, görünür, bizdə genetikanın rolu böyük oldu".
 
Gitara ifaçısı daha sonra bildirib ki, 50 yaşında sənətdən getməyi arzu edirmiş: "Özümə arzu etmişdim ki, 50 yaşında sənətə əlvida deyim. Amma özümə iş qura bilmədim. Bu sənət məni xeyli aldatdı. Artıq 56 ildir ki, gitara çalıram. Amma bu sənət gəncliyi sevir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.