"Müharibə dayanmayacaq: Nə Rusiya danışıqlara hazırdır, nə də Ukrayna"
Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə keçirilən "Arzuedənlər koalisiyası"nın iclasının yekunları ilə bağlı bildirib ki, ölkəsinin əsas təhlükəsizlik zəmanəti güclü ordudur. Onun sözlərinə görə, görüş iştirakçıları hər bir ölkənin quruda, dənizdə, havada və kiberməkanda təhlükəsizliyin təmin edilməsinə töhfə vermək hazırlığını ətraflı müzakirə ediblər. Mövqelər əlaqələndirilib və gələcək təhlükəsizlik zəmanətlərinin əsas komponentləri nəzərdən keçirilib.
V.Zelenski həmçinin qeyd edib ki, koalisiyanın bütün iştirakçıları başa düşür ki, Rusiya danışıqlar prosesini uzatmağa və müharibəni davam etdirməyə çalışır, buna görə də Ukraynaya dəstəyi gücləndirmək və Moskvaya təzyiqi artırmaq lazımdır.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov bildirib ki, dövlət başçısının açıqlamasında diqqətçəkən bir neçə məqam var:
"Birincisi, o, ölkəsinin əsas təhlükəsizlik zəmanəti güclü ordu olduğunu deməklə Silahlı Qüvvələrinə, hərbçilərinə inamını ifadə edib. Bu, həm də psixoloji faktordur. Zelenski bu açıqlaması ilə həm də bildirib ki, Avropa dövlətlərinin təhlükəsizlik təminatlarına o qədər də inanmır. Əslində bu, doğru düşüncədir. Çünki üç ildir rəsmi Kiyevi müdafiə edən Avropa hələ heç bir konkret nəticə əldə edə bilməyib. Bu mənada istisna deyil ki, gələcəkdə Ukraynaya təhlükəsizlik təminatı verilsə belə, sabah bu vədlər unudulacaq. Odur ki, Zelenskinin öz ordusuna inanmaqdan başa yolu yoxdur.
Zelenskinin açıqlamasında diqqətçəkən başqa bir məqam onun Rusiyanın danışıqlar prosesini uzatmağa və müharibəni davam etdirməyə çalışması barədə səsləndirdiyi iddiadır. Doğrudur ki, Moskva müharibənin bitməsinə hələ hazır deyil. Amma tərəflər arasında atəşkəsin və yaxud sülhün təmin olunmamasının səbəbi heç də Rusiyanın danışıqlar prosesini uzatması ilə bağlı deyil. Bunun bir neçə səbəbi var. Onlardan biri Avropa ilə ABŞ-nin maraqlarının üst- üstə düşməməsi və atılan addımların bir- birinə əngəl yaratmasıdırsa, digər Kiyev və Moskva arasında konsensusun əldə olunmamasıdır. Başqa sözlə desək, tərəflərdən heç biri kompromisə getmək istəmir. Bu isə o deməkdir ki, nəinki Rusiya, heç Ukraynada indiki şəraitdə danışıqları istəmir. Əvvəl də dediyimiz kimi, Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsi faktiki olaraq məğlubiyyət deməkdir. Belə olsa Zelenskinin hakimiyyətdə qalması mümkün olmayacaq. Elə buna görə Kiyev Moskvanın şərtlərinə müqavimət göstərir.
Ukraynaya dəstək və Moskvaya təzyiqə gəldikdə isə bildirmək lazımdır ki, Qərb bu məsələlərdə o qədər də səmimi deyil. Nə Ukraynaya lazımi səviyyədə dəstək, nə də Rusiyaya arzuolunan səviyyədə təzyiq göstərilir. Bunun əsas səbəblərindən biri isə kollektiv Qərb daxilindəki fikir ayrılıqlarıdır.
Sözsüz ki, tətbiq olunan sanksiyaların müəyyən təsiri olur. Amma əvvəlki embarqolar da göstərir ki, bunlar Rusiyanı dayandıra biləcək gücdə deyil. Odur ki, hazırlanmaqda olan 19-cu sanksiyalar paketindən də ciddi nəticə gözləməyə dəyməz".
Politoloq qeyd edib ki, əvvəl də dediyimiz kimi, Şərqi Avropadakı savaşın yaxın vaxtda başa çatacağı gözlənilmir. Sadəcə olaraq hazırkı şərtlər buna uyğun deyil.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı
-
"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"
-
Ermənistan XİN dünyanı necə aldadır? – İfşa olundu
-
Azərbaycan AMERIPOL-un XVI Zirvə Görüşündə ilk dəfə müşahidəçi üzv kimi təmsil olunub - (Foto-Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
XƏBƏR LENTİ
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü





