Dünya

Husilərə qarşı əməliyyatlarımız davam edəcək - Netanyahu

10 Sentyabr 2025 23:36
Baxış: 243
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail Yəməndə husi silahlı qruplaşmasının mövqelərinə zərbələrini davam etdirəcək.

Milli.Az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Yəmənə endirilən zərbələri şərh edərkən deyib.

Netanyahu xatırladıb ki, bir neçə gün əvvəl Sənaya edilən hücum nəticəsində husilərin şərq bölgəsinə nəzarət edən rəhbərliyinin əksər üzvləri məhv edilib. Buna cavab olaraq, sentyabrın 8-də husilər İsrailin cənubunda yerləşən Ramon hava limanına PUA ilə hücum ediblər və hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Bu gün onların bazalarına, çoxsaylı terrorçuların toplandığı ərazilərə və digər obyektlərə yenidən hava zərbələri endirdik. Əməliyyatlarımız davam edəcək", - deyə Netanyahu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.