Dünya

Əfqanıstanda nazirin olduğu helikopter qəzaya uğradı

10 Sentyabr 2025 23:53
Baxış: 243
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əfqanıstanın mədən və neft naziri Hedayatulla Badri və Qhor vilayətinin qubernatoru Həyatulla Mübarəkin olduğu helikopter ölkənin Tulak bölgəsində qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, bu barədə "Pajhwok" informasiya agentliyi məlumat yayıb.

Qhor vilayət qubernatorunun mətbuat katibi Rəsas Badri bildirib ki, qəza vertolyotun texniki nasazlığı səbəbindən baş verib.

Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.