Hadisə

Toydan qayıdan dörd nəfər ağır qəzaya düşdü

10 Sentyabr 2025 22:01
Baxış: 472
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Hürüuşağı kəndində qeydə alınıb. 

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1985-ci il təvəllüdlü İ.Süleymanov, 1978-ci il təvəllüdlü X.Ələkbərov, 1981-ci il təvəllüdlü N.Həsənov və 1976-cı il təvəllüdlü S.Səfərov xəsarət alıb. 

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. 

Qeyd edək ki, xəsarət alanlar toy məclisindən qayıdırmışlar.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.