Dünya

Atıq dünyanın ən varlı adamı deyil

10 Sentyabr 2025 22:35
Baxış: 363
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Oracle" proqram təminatının həmtəsisçisi Larri Ellison ilk dəfə olaraq dünyanın ən varlı adamları siyahısında sahibkar İlon Maskı keçərək birinci yeri tutub.

Milli.Az xəbər verir ki, bu haqda "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, Ellison buna şirkətin birja kotirovkalarının demək olar ki, 40% artması sayəsində nail olub. "Bloomberg Billionaires Index"ə görə, "Oracle" həmtəsisçisinin sərvəti indeks hesablanandan bəri bir gündə maksimum 101 milyard dollar artaraq 393 milyard dollar qiymətləndirilir.

Öz növbəsində Maskın sərvəti isə 385 milyard dollardır.

Qeyd edək ki, "Oracle" 1977-ci ildə təsis edilib, baş ofisi Texas ştatının Ostin şəhərində yerləşir. Dünyanın ən böyük proqram təminatı istehsalçılarından biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.