Yeni iPhone 17, 17 Air, 17 Pro və 17 Pro Max 26 sentyabrda Bakıda satışa çıxarılacaq.
Milli.Az xəbər verir ki, bu barədə texnologiya satışı ilə məşğul olan mağazaların sayt və sosial şəbəkə hesablarında məlumat qeyd olunub.
Qeyd edək ki, Azərbaycan artıq Apple şirkətinin 2-ci dərəcəli satış bazarına daxil edilib. Bu isə o deməkdir ki, rəsmi satışlar ABŞ-dan cəmi 1 həftə sonra ölkəmizdə həyata keçiriləcək.
Milli.Az