Şou-biznes

Müğənninin maşınından parçalanmış cəsəd tapıldı - FOTO

10 Sentyabr 2025 15:10
Baxış: 926
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-da məşhur müğənni "D4vd" ilə bağlı tükürpərdici hadisə yaşanıb.

Milli.Az xəbər verir ki, Los-Ancelesdə sənətçiyə məxsus olduğu müəyyən edilən Tesla avtomobilinin içərisində parçalanmış meyit tapılıb.

Polis hadisəni araşdırır və cəsədin D4vd-ə aid olmadığını təsdiqləyib. Bildirilir ki, avtomobil evakuator dayanacağında park vəziyyətində olub.

LAPD (Los-Anceles Polis Departamenti) məlumat verib ki, avtomobilin oğurlanması və ya başqaları tərəfindən istifadə olunması ehtimalı da istintaqa daxildir.

Polis həmçinin müğənniyə hadisə barədə rəsmi məlumat verib. Sənətçinin bu işlə birbaşa əlaqəsi olmadığı vurğulanıb.

Tapılan meyitin şəxsiyyəti və ölüm səbəbi məhkəmə-tibbi ekspertizadan sonra açıqlanacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.